Bakının bu küçəsində hərəkət 7 ildən sonra bərpa olunub

Bakının bu küçəsində hərəkət 7 ildən sonra bərpa olunub
 

Bakının Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Papanin hospitalı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 7 ildir ki, bağlı olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. 

Bu barədə Sfera.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

AAYDA tərəfindən Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə xüsusən günün pik saatlarında yaşanan sıxlığın aradan qaldırılması məqsədi ilə qısa müddətlik təmir-tikinti işləri həyata keçirilib.

İlkin mərhələdə sözügedən ərazidə yeni metro stansiyasının tikintisi tam olaraq yekunlaşmadığı üçün 4 hərəkət zolaqlı olan küçənin yalnız bir istiqaməti üzrə 2 hərəkət zolağı bərpa olunaraq sürücülərin sitifadəsinə verilib. Yeni stansiyanın tikintisi yekunlaşdıqdan sonra isə digər istiqamət üzrə küçənin qalan hissəsinin də bərpası işləri həyata keçiriləcək.

Aparılan təmir-tikinti işləri çərçivəsində tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağı avtoqreyderlə profilə salınıb, optimal qum-qırmadaş qarışığından əsas işlənilib. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınıb.

Uzunluğu 550 metr olan küçənin sözügedən hissəsi boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni 2.5 metr enində piyada səkiləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb.

İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yeni yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə verilib.

Aparılan işlər çəçivəsində Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində, yol ötürücüsünün altından keçən hissəsində də təmir-bərpa işləri aparılıb. Bütün dadalanan işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında həyata keçirilib.

Ceyhun Səlimov küçəsinin yenidən istifadəyə verilən hissəsi Tbilisi prospektində və Ceyhun Səlimov küçəsi ilə kəsişən digər küçələrdə avtonəqliyyat vasitələrinin axınına, günün pik saatlarında bu ərazidə yaşanan sıxlığın azalmasına müsbət təsir göstərəcək.


OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...