Bakının bu ərazisi susuz qalacaq

Bakının bu ərazisi susuz qalacaq

Goradil qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılacaq və Ceyranbatan-Maştağa magistral xəttindən nasosxanaya yeni birləşmə veriləcəkdir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar Ceyranbatan-Maştağa magistral xətlərinin biri ilə içməli suyun verilməsi dayandırılacaqdır.

Abunəçilərin diqqətinə çatdırılır ki, yenidənqurma işləri ilə əlaqədar 24 may 2016-cı il tarixdə saat 00:00-dan etibarən gün ərzində Novxanı, Fatmayı, Goradil qəsəbələrinə, bağ massivlərinə, Mehdiabad, Pirşağı, Kürdəxanı, Sabunçu və Suraxanı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.


OXŞAR XƏBƏRLƏR