Süni qiymət qaldıran apteklərin adları açıqlandı - Siyahı

Süni qiymət qaldıran apteklərin adları açıqlandı - Siyahı
 Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar davam etdirilir.

Sfera.az bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, aparılmış yoxlamalar zamanı "Buta Farm” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 30A və Nəsimi rayonu, S.Vurğun küçəsi, 112 ünvanlarında yerləşən apteklərində, "Zeytun Pharmaceuticals” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 69, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 və N.Hikmət küçəsi, 26/27 ünvanlarında yerləşən apteklərində, Vita Aptekləri” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 18A ünvanındakı aptekində, "İntermed Plyus” MMC-yə məxsus Sumqayıt şəhəri, məhəllə 40 ünvanındakı aptekdə; "Dokta” MMC-nin Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 78B ünvanında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 62 və Şəki şəhəri, M.Rəsulzadə küçəsində yerləşən apteklərində dərman vasitələrinin satışında qiymət intizamına əməl olunmadığı aşkar edilib, müvafiq protokollar tərtib edilərək, toplanmış sənədlər məhkəmə orqanlarına göndərilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin, habelə tibbi spirt və maskaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı yoxlamaları davam etdirir.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...