Bakının 14 yerində qadağa qoyuldu - ÜNVANLAR

Bakının 14 yerində qadağa qoyuldu -  ÜNVANLAR

Bakıda əhalinin sıx məskunlaşdığı ərazilərdə şəxsi vətəndaşların taksi fəaliyyətilə məşğul olması qadağan edildi.

Yeni qərara görə, paytaxtın 14 yerində vətəndaşlar şəxsi avtomobillərilə taksi xidməti göstərə bilməyəcəklər. Onlara insanların sıx olduğu ərazilərdə dayanmaq qadağan ediləcək.


Həmin ərazilərdə ancaq "London taksi”ləri buraxılacaq. Yeni qərara görə, əsasən "Həzi Aslanov”, "Əhmədli”, "Neftçilər”, "Xalqlar dostluğu”, "Qara Qarayev, "Koroğlu”, "Gənclik”, "28 may”, "Xətai”, "İçərişəhər, "Sahil”, "Azadlıq Prospekti”, "20 yanvar” metrostansiyaların yaxınlığı və "Beşmərtəbə” kimi tanıdığımız ərazidə şəxsi avtomobillə taksi xidməti göstərənlərin dayanması qadağan edilib.  
Qurumdan həmçinin bildirilib ki, tədricən paytaxtda şəxsi avtomobillə taksi xidməti göstərənlər digər ərazilərdən də yığışdırılacaq. Taksi fəaliyyətilə məşğul olmaq istəyənlər yalnız qeydiyyatdan keçən şirkətlərə müraciət edə bilər. (baku.ws)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...