Bakılılar ən çox hansı nəqliyyatdan istifadə edirlər?

Bakılılar ən çox hansı nəqliyyatdan istifadə edirlər?

ACT Azərbaycan 11-14 sentyabr tarixlərində Bakı şəhərində  ictimai nəqliyyatla bağlı sorğu aparıb.
Sfera.az Qaynarinfo.Az-a istinadən xəbər verir ki, rəyi soruşulan respondentlər arasında avtobus digər nəqliyyat vasitələrinə nisbətən daha populardır (49%). "İkinci pillədə şəxsi avtomobillər qərarlaşıb (29%). Metro üçlüyü 13 % səslə tamamlayır. Taksi xidmətindən yararlananlar sorğuda 4 % təşkil edib. Şəhərdə dost-tanışının avtomobili ilə hərəkət edənlər 2 % səs toplayıb. Eyni faiz göstəricisi piyada gəzməyə üstünlük verənlərə də aiddir. 1% respondent isə xidməti maşından yararlanır".
Sorğuda gündəlik müxtəlif ictimai nəqliyyatdan istifadə edən respondentlərin nəqliyyat xərclikləri də bir-birindən fərqlənir: "Sorğuda iştirak edənlərin 35 %-in gündəlik nəqliyyat xərci 1 AZN-ə bərabərdir. Xərci iki dəfə çox çıxanlar 16 %-dir. Yollara gün ərzində 3 AZN pul ödəyənlər sorğuda 5 % təşkil edirlər. 11 % isə bir iş günü ərzində ictimai nəqliyyata 5 AZN xərc çəkir. 3 % respondent isə yol xərci üçün 6 AZN-dən keçməli olur. Respondentlərin ən səxavətliləri isə bir gün ərzində ictimai nəqliyyata 10 AZN xərcləyirlər (4 %).
Bakı şəhərinin ümumi nəqliyyat durumundan narazı olanlar sorğuda 38 % təşkil edir. 56 % isə nəqliyyat sistemində hər hansı problem görmür.
Respondentlərdən soruşulan növbəti sual Bakı şəhərində ictimai nəqliyyatda hansı dəyişikləri arzuladıqları ilə bağlı olub.
 Rəyi soruşulanların 34 %-i bütün avtobusların kart sisteminə keçirilməsinin tərəfdarı olduğunu bildirib. 33 % respondent avtobuslarda, 20 % isə metro qatarlarında kondisionerlərin quraşdırılmasını təklif edib. 6 % respondentin nəqliyyatla bağlı arzusu bütün avtobusların Baku Bus sisteminə keçirilməsidir. Sürücülərin daha etik davranması (5 %) və avtobus salonlarının təmiz olması (4 %) da respondentlərin istəkləri sırasına daxildir. Avtobusların sayının artması (4 %), onların yenilənməsi (4 %) və sürücülərin normadan artıq sərnişin götürməməsi (4 %) sorğuda eyni bal toplayıb. Sürücülərin nəqliyyat vasitələrini yalnız dayanacaqlarda saxlaması, intervallara əməl etmələri, sürücü və sərnişinlərin mədəniyyətlərinin artması da eyni faiz respondentin arzusudur (3 %). Metro qatarlarında və avtobuslarda pulsuz WI FI istəyənlər də 3 % təşkil edir. İctimai nəqliyyatda oturacaqların sayının azlığından və qiymətlərin baha olmasından narazı olanlar 2 %-dir. Keçmiş günlərin nostalgiyası ilə yaşayanlar və tramvayların bərpasını arzu edənlər isə sorğuda 2 % səs toplayıb.
Qeyd edək ki, sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...