Bakıdan Londona getmək istəyən iranlı ana və qızı saxlanıldı - Saxta sənədə görə

Bakıdan Londona getmək istəyən iranlı ana və qızı saxlanıldı - Saxta sənədə görə
 Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən şəxslərin aşkarlanması istiqamətində fəaliyyət davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Sfera.az verilən məlumata görə, bu il yanvarın 4-də həyata keçirilmiş tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroporunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar.

Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə Azərbayacana gəlmiş İran vətəndaşları - 06.12.1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 21.03.2009-cu ul təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib.

Qeyd olunan şəxslərin saxta pasportları İstanbul şəhərində tanışları, Məhəmməd adlı İran vətəndaşından 15 000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub.

Hazırda fakt üzrə cinayət işi başlanaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...