Bakıdakı “zapravka”ların giriş-çıxışında dəyişiklik olacaq - FOTO

Bakıdakı “zapravka”ların giriş-çıxışında dəyişiklik olacaq -  FOTO

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb.

Sfera.az-ın oxu.az-a istinadən məlumatına görə, Bakı şəhəri ərazisində yerləşən bir çox yanacaqdoldurma məntəqələri (YDM) və digər obyektlərdən, nəqliyyat vasitələrinin giriş-çıxış hissələrinin kənarları itibucaq formasında olduğu üçün avtomobillər giriş və çıxış etdikləri zaman geniş manevr edirlər ki, bu da yolun iki hərəkət zolağından birinin anidən tutulmasına, eləcə də hərəkətdə olan və arxadan gələn digər nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsinə maneə yaradır.

Nümunə üçün, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda “Azpetrol” YDM-də və eləcə də “Asan” xidmətin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdə analoji hal yaşandığından, yol-nəqliyyat hadisəsinin baş verməməsi və tıxac hallarının yaranmaması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən əraziyə baxış keçirilmiş, yolun hərəkət hissəsinin ölçüləri və qeyd olunan istiqamətlərdən istifadə edən nəqliyyat vasitələrinin sayı götürülüb.

Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, şəhərin mərkəzi istiqamətində, “Azpetrol” YDMdən çıxış üçün salınmış yolun eni 10,5 metr, yolun hərəkət hissəsinin eni isə 7,2 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı 41941 avt/file/articles/gün təşkil edir. Qarşı tərəf isə Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, “Koroğlu” metro stansiyası istiqamətində “Azpetrol” YDM-dən çıxış üçün salınmış yolun eni 8 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı isə 35 325 avt/file/articles/gün təşkil edir.

Yuxarıda qeyd edilənlərə və aparılan araşdırmalara uyğun olaraq, Bakı şəhəri ərazisində yerləşən bir çox YDM-dən və digər obyektlərdən, eləcə də Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda yerləşən “Azpetrol” YDM və “Asan” xidmətin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdən giriş-çıxış üçün yolun kənarlarının sxemdə göstərildiyi qaydada ovalşəkilli edilməsi təklif edilir.

 Bakıdakı

Bakıdakı
Bakıdakı
Bakıdakı
Bakıdakı

OXŞAR XƏBƏRLƏR

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...