Bakıdakı şam ağacları niyə quruyur? - Ekoloji fəlakətin bir addımlığında...

Bakıdakı şam ağacları niyə quruyur? - Ekoloji fəlakətin bir addımlığında...
Bakı şəhəri və ətrafında SSRİ zamanında, eyni zamanda sonradan əkilmiş şam ağacları quruyur. Xüsusilə bu proses Bayıl yamacında müşahidə olunur. Bu barədə artıq sosial şəbəkələrdə məlumatlar yayılıb və əksəriyyət mövcud vəziyyətdən narahatlığını ifadə edir. Qeyd edilir ki, ağaclara bilərəkdən qulluq olunmur, qurudulur. Məqsəd isə, həmin ərazilərdə obyektlərin tikilməsinə şərait yaradılmasıdır.
 
Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru Rauf Sultanov Sfera.az-a açıqlamasında xatırladıb ki, Bakı şəhərinin ekoloji mühiti ilə meşə ekosisteminin ekoloji mühiti arasında olduqca böyük fərqlər var:

"Şam ağacları istiyə çox davamlıdır, enliyarpaqlıdırlar, eyni zamanda uzunömürlüdürlər. Paytaxtda bilirsiniz ki, tikinti işləri gedir, bu zaman yer 5-6 metr dərinliyində qazılır. Bütün bunlar torpağın ekosisteminə təsir edir. Şam ağacları suya olan tələbatını ödəmək üçün çinar ağaclarına nisbətən iki dəfə çox dərinliyə gedir, hardasa su tələbatının 80 faizini özləri təmin etmək qabiliyyətinə malikdirlər. Bayıl yamacında, digər yerlərdə kütləvi surətdə şam ağaclarının quruma prosesini mən də müşahidə etmişəm. Əkilən şam ağaclarına ilk növbədə aqrotexniki qulluq edilməlidir. Xüsusilə onların suya olan tələbatı nəzərə alınmalı və ödənilməlidir. 

Ağacların qurumasının qarşısını almaq üçün onlar sıx vəziyyətdə olmamalıdır. Ondan hündür ağaclar günəşin üzərlərinə düşməyinə icazə vermirsə, əlbəttə, şam ağacları quruyacaq. Digər tərəfdən ağaclar sıx olanda bir-birilə rəqabət aparırlar – suyu, mineralı, lazım olan üzvi maddələri torpaqdan almaq üçün onlar arasında müəyyən proseslər gedir. Görürsünüz, bəzi ağaclar quruyur, çünki onlar tələbatını ödəyə bilmirlər. Həmçinin yaşlı ağacların da quruma ehtimalı çoxdur. Şam ağaclarının 20-30 il civarı ömrü var. Quruyan ağaclar ya yaşlıdır, ya da cavan  olsa da, aqrotexniki suvarma işləri aparılmır”. 

Müsahibimiz qeyd edib ki, ağacların hər biri qeydiyyata alınmalıdır:

"Sovet dövründə Azərbaycanda 12-15 faiz meşə zolağının bütün ağacları bir-bir nömrələnib qeydə alınırdı və onlara nəzarət edilirdi. Bayıl ərazisində olan şam ağaclarının kütləvi surətdə quruması prosesinə də mütəxəssis nəzarət etməli, vaxtlı-vaxtında müəyyən işlər aparılmalıdır. Yeni əkilən ağacın quruyan ağacı əvəz etməsi üçün 40-50 il vaxt lazımdır. Ona görə də onların qorunması vacibdir. Həm də bu, iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edir. Təkcə şam ağacı deyil, paytaxtda olan bütün ağaclara nəzarət edilməlidir. 

Digər tərəfdən Neftçilər metrosu yanındakı bütün yolboyu yerləşən şam ağaclarını qırıb yerində ticarət obyektləri yaratdılar. Təbii ki, ticarət obyektlərinin tikilməsinə də icazə verənlər var. Bu gün hər yerdə binalar inşa edilir, şam ağacları, yaşıllıqlar bir günün içində məhv olunur. Kifayət qədər nəzarət orqanları mövcuddur – Ekologiya və Təbii Sərvətlər nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi və.s.  Qanunlar var, amma buna əməl etmək lazımdır. Ağacların yerinə obyektlərin tikilməsinə şərait yaradanlar məsuliyyət hiss etmirlər, cəza yoxdur. Hətta ərazidə yaşayan əhali də yaşıllıqların məhv edilməsinə qarşı çıxsalar da, eşidən olmur. Bu cür məsələlər həm də kütləvi informasiya vasitələrində mütəmadi olaraq işıqlandırılmalıdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...