Bakıdakı rus mərkəzləri: sənədləri yoxlanıla bilər...

Bakıdakı rus mərkəzləri: sənədləri yoxlanıla bilər...

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi məsələsi etiraza səbəb olub.

İclasda çıxış edən YAP icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Rusiyada bəzi şəxslərin dövlət maraqlarından çox öz maraqlarını əsas götürmələrindən təəssüfləndiyini bildirib.

O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilib: "Təcili tədbirlər görülməlidir. Beynəlxalq qüvvələr Rusiyaya görə bizi dəfələrlə təzyiq qarşısında qoyublar. Amma biz heç vaxt Rusiyanın mənafeyinə zidd olacaq heç nə etməmişik. Bizim Milli Məclis bununla bağlı rəsmi mövqe ortaya qoymalıdır. Bu nə deməkdir axı? Rusiya bütün işlərini başa çatdırıb, bircə qalmışdı Ümumrusiya Azərbaycanlıları Konqresi? Azərbaycanda çoxlu sayda rus baxçaları, məktəbləri və mərkəzləri var. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanın müvafiq orqanlarına rəsmi müraciət edəcəyəm ki, Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlayıb təqdim etsinlər”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan həmişə Rusiyanın mövqeyini dəstəkləyib: "Elə məsələ də burasındadır ki, bunu görmədilər”. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...