İdman

Bakıdakı final dünyanın 204 ölkəsində canlı yayımlanacaq

Bakıdakı final dünyanın 204 ölkəsində canlı yayımlanacaq
 

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı oyunu Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.

Sfera.az xəbər verir ki, İngiltərənin "Arsenal” və "Çelsi” komandaları arasında baş tutacaq matç Avropanın 48 ölkəsində nümayiş olunacaq. Avropadan kənarda isə 156 ölkənin vətəndaşları qarşılaşmaya canlı baxa biləcəklər.

Azərbaycanda finalı "CBC Sport” yayımlayacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930