Bakıda özünü öldürən gəncin sensasion intihar səbəbi – “R” hərfi deyə bilmirdi

Bakıda özünü öldürən gəncin sensasion intihar səbəbi – “R” hərfi deyə bilmirdi
 Bu gün səhər saatlarında Bakıda intihar hadisəsi baş verib. 
 

Sfera.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Səxavət Paşazadə yaşadığı evin qarşısında özünü asıb. Bu barədə məlumat yayan dostu Tacəddin Qara intiharın səbəbini də açıqlayıb. 

Dostunun sözlərinə görə, Səxavət Paşazadə iş tapa bilmədiyinə görə intihar edib. "16 illik dostum bu gün səhər saatlarında həyətlərində özünü asaraq intihar edib. Özünü asmasının səbəbi isə bir ilə yaxındır ki, iş tapa bilməməsidir. Boylu-buxunlu biri sadəcə "r” hərfini deyə bilmədiyinə görə il ərzində CV göndərdiyi, müraciət etdiyi dövlət və özəl qurumlar onu işə götürmürdü.

Heç bir problemi, borcu olmayan insan işsizlikdən bezib. "Hamı nitqində problemin var” deyib işə qəbul etmirdi. Bu nə dərəcədə düzgündür axı ay iş adamları, ay "Azpetrol”, ay cənab nazir?! Əsgərliyə aparanda problem olmur, amma MAXE düzələndə "məruzə edə bilməzsən” deyib işə götürmürlər. Nəticədə 23 yaşlı boylu-buxunlu bir insan ondan 2 manat yol pulu, bundan 2 manat siqaret pulu almaqdan bezib”, - deyə mərhumun dostu bildirib.



OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...