Bakıda zirzəmidə naməlum kişi meyiti tapılıb
16:59 / 30.09.2019
1573
Bakıda kişi meyiti tapılıb.
Sfera.az bildirir ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən binaların birinin zirzəmisindən kişi meyiti tapılıb. Tapılan meyit tanınmaz halda olduğundan, daxili və xarici müayinə üçün Tibbi-Ekspertiza şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.