Bakıda yol qəzası baş verib, xəsarət alan var
11:30 / 20.01.2020
3349
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, olay Nəsimi rayonunda qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Abdullayev Sərxan Ələddin oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ gicgah nahiyəsinin və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.