Bakıda yeddinci sinif şagirdi niyə məktəbə qoyulmur? - SƏBƏB

Bakıda yeddinci sinif şagirdi niyə məktəbə qoyulmur? - SƏBƏB
Bakıda, Qala qəsəbəsində yeddinci sinifdə oxuyan qızın məktəbə getməməsi ilə bağlı açıqlama verilib.

Sfera.az xəbər verir ki, 216 nömrəli tam orta məktəbdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərs ilinin əvvəlindən VII sinif şagirdinin (müvafiq səbəblərə görə qız şagirdin adı yazılmır - red.) dərsə davamiyyəti ilə bağlı problem yaranıb:

"Məsələni aydınlaşdırmaq üçün 26 sentyabr 2018-ci il tarixində sinif rəhbəri M.Heybətova, fənn müəllimi R.Vəkilova və texniki işçi X.Məhərrəmova (məktəblinin ev ünvanını bildiyi üçün) şagirdin yaşadığı ünvana gediblər. Onlara özünü şagirdin nənəsi kimi təqdim edən yaşlı qadın xeyli təkiddən sonra məktəblini görməyə icazə verib.

Şagirdin nə üçün dərsə gəlmədiyini soruşduqda, o, yolun uzaq olduğunu, anasının müalicə aldığını, atasının isə Rusiyada işlədiyini deyib. Bu səbəbdən şagirdin dərsə gəlməsinin mümkün olmadığını söyləyib.

Şagirdin dərsə davamiyyətinin atası Azərbaycana qayıtdıqdan sonra bərpa olunacağını bildirib. Nənəyə şagirdin dərsə davamiyyəti bərpa olunmazsa, Xəzər Rayon Polis İdarəsinə müraciət olunacağı deyilib.

Noyabr ayında şagirdin anası məktəbə gələrək bir həftəyə məktəbə yaxın ev kirayələyəcəklərini və tezliklə qızını dərsə göndərəcəyini söyləyib.

Təəssüflər olsun ki, sonra da şagird dərsə göndərilməyib və valideynlə əlaqə saxlamağa çalışsaq da, onun telefonuna zəng çatmayıb.

Belə olan halda, noyabrın 22-də Xəzər Rayon Polis İdarəsinə müraciət edilib və bizdə olan məlumata görə, məsələnin müvafiq qaydada araşdırılmasına başlanılıb", - deyə məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...