Bakıda yanğın baş verdi: 58 yaşlı kişi həlak oldu
10:36 / 23.04.2019
4572
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti aşkar edilib.
Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.