Bakıda yanan gəmi ilə bağlı rəsmi - Açıqlama+ Video
21:31 / 16.02.2018
882
Bu gün "Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində yanğın olub.
Sfera.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, yanan gəminin Xəzər Dəniz Gəmiçiliyinə aid olduğu bildirilir.
Hələlik hadisə yerinə yanğınsöndürənlər cəlb edilməyib.
Yanğının səbəbi bilinmir.
***
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, yanan gəmi bu quruma məxsus deyil:
""Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə aid hər hansı bir gəmi yanmayıb. Hadisə qeyd olunduğu kimi "Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində baş verməyib. Yanğının baş vermə sahəsinin də Gəmiçiliyin inzibati ərazisinə hər hansı bir aidiyyatı yoxdur”, - deyə M. Mehdiyev qeyd edib.