Bakıda VI Ağıl Oyunları Festivalının seçim turları yekunlaşdı - FOTO

Bakıda VI Ağıl Oyunları Festivalının seçim turları yekunlaşdı - FOTO
Seçim turlarında 50-yə yaxın komanda iştirak edib.

Sfera.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi və "Xəzər” İntellektual Gənclər Klubunun təşkilatılığı ilə keçirilən "Nə? Harada? Nə zaman?” oyunu üzrə VI Ağıl Oyunları Festivalının  seçim turları yekunlaşıb.

"Nə? Harada? Nə zaman?” oyunu üzrə VI Ağıl Oyunları Festivalının keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Seçim turları dekabr-fevral aylarında Bakı şəhərində keçirilib. Seçim turlarında 300-ə yaxın gəncin təmsil olunduğu 50-ə yaxın gənclərdən ibarət komandalar iştirak edib.

Seçim turlarında ən yaxşı nəticə göstərən komandalar fevralın 23-də Bakıda keçiriləcək final oyununa vəsiqə qazanıblar.

VI Ağıl Oyunları Festivalının finalında kubokun ənənəvi təsnifatı ilə yanaşı, regionlardan olan çox saylı komandalar üçün ayrıca təşkil olunacaq Regionlar Kuboku və "Xəmsə" Milli intellektual Oyunu üzrə yarışlar da baş tutacaq. 









OXŞAR XƏBƏRLƏR

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...