Bakıda VI Ağıl Oyunları Festivalına yekun vuruldu - FOTO

Bakıda VI Ağıl Oyunları Festivalına yekun vuruldu - FOTO
Festival fevralın 23-24-də Bakıda "Dubai İnternational Hotel"də gerçəkləşib.

Sfera.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Bakıda Azərbaycanın ən böyük intellektual layihələrindən biri olan - VI Ağıl Oyunları Festivalı keçirilib.

Festivalın əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni Təşkilat komitəsindən verilən məlumata görə, Festivalın finalında ölkənin 10 şəhərindən 30 komanda iştirak edib. Festivalın ilk günündə "Nə? Harada? Nə zaman?” oyunu üzrə yarış baş tutub.

Bu yarışda hamıdan güclü olan "Santa-Klara" komandası rəqiblərini qabaqlayaraq turnirin çempionu adını qazanıb. İkinci yeri "Kidderminister" komandası tutub. Şəkini təmsil edən "Marxal Resort" komandası həm Regionları kubokunun həm də ümumi sıralamanın üçüncüsü olub.

"Nə? Harada? Nə zaman?” oyununun nəticələrinə görə ən güclü səkkiz komanda növbəti gün "Xəmsə Milli İntellektual Oyunu” üzrə tunirdə qüvvələrini sınayıblar. Bu yarışda hamıdan güclü"Marxal Resort" komandası olub. "Kidderminister" komandası ikinci, "Santa-Klara" üçüncü yerə layiq görülüb. İsmayıllı İntellektual Oyunlar Klubunun komandası isə dördüncü olub.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar.






OXŞAR XƏBƏRLƏR

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...

Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Tarix boyu araşdırsaq, çox maraqlı personajlarla rastlaşırıq. Bu adlardan biri də Madam Popovadır. Ərləri tərəfindən işgəncələrə məruz qalan qadınları xilas və ...