Cəmİyyət

Bakıda velosiped yolu salınacaq

Bakıda velosiped yolu salınacaq
 

"Bakının yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb”.

Sfera.az bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı Nəqliyyat Agentliyinin (BNA) "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında BNA sədri Vüsal Kərimli deyib. 

Vüsal Kərimli bildirib ki, Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. 
"Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur”, - deyə BNA sədri əlavə edib.

 

Diqqətə çatdırılıb ki, şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031