Bakıda üzərində Ermənistan bayrağı olan avtomobil sürən sürücü danışdı (FOTO/VİDEO)

Bakıda üzərində Ermənistan bayrağı olan avtomobil sürən sürücü danışdı (FOTO/VİDEO)
 Bakıda üzərində Ermənistan bayrağı olan avtomobilin sahibi danışıb. Sfera.az xəbər verir ki, avtomobilin sahibi Şahin Xanəliyev metbuat.az-a açıqlamasında bildirib ki, avtomobili 4-5 il bundan əvvəl alıb:

"Avtomobili 4-5 il bundan öncə Bakıdakı avtosalondan almışam. Həmin loqo illərdir avtomobilin üzərindədir. Həmin emblemə fikir verməmişəm. Fikir versəydim, elə həmin dəqiqə silərdim. Rəngin uyğun gəlməsi o demək deyil ki, Ermənstan bayrağıdır. Hərə bir cür fikirləşir, yazır, paylaşır. Çexiyada yaşayıram. Bu gün səhər saatlarında ölkəyə gəlmişəm və axşam qayıdacam. Orada Azərbaycanın bayrağını hər zaman qaldırmışam, gəlib öz Vətənimdə Ermənistan bayrağını qaldırmayacam ki?!”.

Qeyd edək ki, Bakının mərkəzi küçəsində üzərində Ermənistan bayrağının rəngləri olan avtomobil görülüb. Sosial şəbəkə istifadəçilərindən birinin diqqətini çəkən bu görüntü paytaxtın Üzeyir Hacıbəyov küçəsində çəkilib. Sözügedən şəxs görüntüləri sosial şəbəkədə paylaşıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov metbuat.az-a çıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır: "Bu, Kolumbiyanın bayrağıdır. Tərsinə çevində isə Ermənitsan bayrağı olur. Məlumat aidiyyatı orqanlara ötürülüb. O, adi bir nişandır. Onun Ermənistana aidiyyəti yoxdur. Həmin şəxs avtomobili avtosalondan alıb, xaricdə yaşayır, Bakıya dünən gəlib. İşarənin üzərində üç təbii rəng var, o da Kolumbiyanın bayrağına aid olan bir rəngdir".

Kolumbiya bayrağındakı ilk rəngin açıq sarı olduğunu, Ermənistan bayrağındakı sonuncu rəngin isə narıncıya oxşarlığını görürük. Şəkillərə diqqətlə baxsanız, bunun Kolumbiya bayrağı yox, Ermənistan Bayrağı olduğu aydın olur.

Üzərində Ermənistan bayrağı olan avtomobillə bağlı yeni məlumatlar ortaya çıxıb. Sözügedən bayrağın Ermənistan bayrağı olduğu faktı müəyyənləşib.

Avtomobil sürücüsü DYP-yə açıqlamasında bildirib ki, üzərində Ermənistan bayrağı olan avtomobili Bakıdakı avtosalonlardan birindən alıb.

Nəticədə, "Euro Motorscars” şirkətinə məxsus, üzrərində Ermənistan bayrağı olan avtombillərin Azərbaycanda satılması faktı orataya çıxıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov açıqlamasında bunu təsdiq edib: "Maşını Azərbaycandakı Mersedes Mərkəzdən alıb. "Mercedes-Benz"in Azərbaycan ofisi ilə məsələni dəqiqləşdirmək lazımdır".

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Tu-22M3” təyyarəsinin ekipajı qızıldan da dəyərlidir – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....