Hadİsə

Bakıda usta müştərinin “BMW”sini qaçırdı

Bakıda usta müştərinin “BMW”sini qaçırdı
 

Dekabrın 6-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından "BMW” markalı avtomobilinin qaçırıldığını bildirib. 

Sfera.az  DİN-ə istinadən xəbər verir ki, Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılıb.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031