Bakıda universitetin qarşısında maşın tələbəni vurdu
22:15 / 05.04.2019
3767
Ağır açıq kəllə beyin travması diaqnozu qoyulub
Bu gün paytaxtın Yasamal rayonunda, Hüseyn Cavid prospekti 37 ünvanında- Azərbaycan Texniki Universitetinin qarşısında maşın yolu keçmək istəyən tələbəni vurub.
Yaralı təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, 20 yaşlı xəstəyə ağır açıq kəllə beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağırdır.