Bakıda universitetdə DƏHŞƏTLİ HADİSƏ
11:17 / 04.12.2018
2168
Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib.
Sfera.az bildirir ki. Publika.az-ın əldə etdiyi məlumata görə, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.