Bakıda tutulan ayı balası danışdı – İLGİNC AÇIQLAMALAR

Bakıda tutulan ayı balası danışdı – İLGİNC AÇIQLAMALAR

Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda, "Baku Bus” avtobuslarının saxlanıldığı yerin yaxınlığında ayı balası peyda olub. Fövqəladə Hallar Nazirliyi (FHN) qəhrəman əməkdaşları çətin, amma şərəfli mübarizədən sonra ayı balasını tutmağı bacarıblar.

Qaynarinfo.az-ın əməkdaşı ayı balasını danışdıra və ictimaiyyəti maraqlandıran suallara cavab ala bilib.

– Hörmətli ayı balası, sizi paytaxtın küçələrində görmək xeyli gözlənilməz oldu. Vətəndaşlarımız əməlli-başlı panikaya düşdülər…

– Çox nahaq yerə! Məndən niyə qorxsunlarb ki! Mən özüm onlardan yaman qorxmuşdum, gizlənməyə siçan deşiyi axtarırdım.

Niyə?

– Hələ indiyədək bir ayının insan kəsib kabab çəkdiyini eşitmisinizmi? Amma ölkənizdə adamlar ayı kababına hətta 1 milyon da xərcləyə bilirlər. Qorxmayıb neyləydim?!

– Hər halda şəhər küçələrində ayı görmək adi məsələ deyil.

– Yenə sizinlə razılaşmıram. Siz küçədə özünü apara bilməyənlərə, böyürə-böyürə danışanlara, yolu düzgün keçə bilməyənlərə, səkidə bir-biri ilə təpikləşə-təpikləşə gedənlərə "elə bil ayıdır” demirsinizmi? İndi həqiqi ayı görmək sizə niyə təəccüblü gəlir, başa düşə bilmirəm (gülür).

– Xalqı narahat edən suallardan biri də sizin haradan küçədə peyda olmağınızdır. Sirr deyilsə, buna aydınlıq gətirə bilərsinizmi?

-Mənim sahibim öz halal maaşı ilə yaşayan bir məmurdur. Onun böyük bir malikanəsi var. Qonaqlarına dediklərindən bilirəm ki, bu malikanənin 3-4 milyon dollar qiyməti var.

– Axı quru maaşla bu qiymətə malikanə necə tikmək olardı?

– (acıqla mırıldanır) Sənə nə?

– Üzr istəyirəm, davam edin…

– Mən orada xoşbəxt yaşayırdım. Bunun üçün sahibim hər cür şərait yaratmışdı. Ürəyim ət istəyirdi ət yeyirdim, ot istəyirdi ot, bal istəyirdi bal. Qulluqçularım gecə-gündüz xidmətimdə "ləbbeyk” dayanırdılar. Ehh… Necə kef çəkməli əyyam idi!

– Bəs niyə qaçdınız?

– Bu yaxınlarda sahibim məni özü ilə başqa bir məmurun malikanəsinə aparmışdı. Həmin malikanənin həyətində böyük bir cəngəllik düzəldilmişdi. Sən demə, həmin məmur da orada timsah saxlayırmış.

– Aha…

– Biz geri qayıtdıqdan sonra mən sahibimə dedim ki, necə olur, həmin məmur timsahına cəngəllik düzəldir, mən isə qəfəsdə yaşayıram. Dedim, gərək o da mənim üçün malikanəsinin həyətində meşə saldırsın. O isə cavab verdi ki, devalvasiyadır, mümkün deyil. Bu mənim bərk xətirimə dəydi. Acıq eləyib qaçdım.

– İndi necə, özünüzü xoşbəxt sayırsınız?
– Qətiyyən! Çöldə adamların gün-güzəranını görüb qaçmağıma peşman oldum. İnsanlar yeməyə çörək tapmırlar, mənsə kef-damaq çəkirdim. Bu naşükürlüyümə görə sahibimdən üzr istəyirəm. Əminəm, o məni bağışlayacaq.

– Oxucularımıza sözünüz varmı?

– Onlara demək istəyirəm, özlərini yaxşı aparsınlar. Şayiə buraxıblar ki, guya meşədə armudun yaxşısını ayılar yeyir. Yalandır! Bu saat meşələri vəzifəlilər özəlləşdiriblər, mənim qohum-əqrəbam yeməyə çürük armud da tapa bilmirlər. Amma aranızda ağıllı adamlar da az deyillər. Onlar körpünü keçənəcən ayıya dayı deyirlər. Onlara böyük hörmətim var. Belə də qalsınlar. Beşgünlük dünyadı, özlərinmə bir gün ağlasınlar.

– (yenə də acıqla mırıldanır) Ağzının danışığını bil! Sən mənə heç nə eləyə bilməzsən!

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...