Bakıda Türkiyə Ordusunun “Zeytun budağı\" əməliyyatına dəstək

Bakıda Türkiyə Ordusunun “Zeytun budağı\
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başladığı "Zeytun budağı" hərbi əməliyyatına dəstək məqsədilə "Qardaşlığımız əbədidir" adlı tədbir keçirilib.

Sfera.az bildirir ki, iştirakçılar tədbirdən əvvəl Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət ediblər.

Tədbirdə bildirilib ki, Türkiyənin Afrində başladığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bəyan etmək üçün Azərbaycan QHT-ləri tərəfindən "Qardaşlığımız əbədidir" devizi altında silsilə tədbirlər keçirmək məqsədilə təşkilat komitəsi yaradılıb.

Qeyd olunub ki, Türkiyə dövləti bu əməliyyata başlayan kimi onu ilk dəstəkləyən dövlət Azərbaycan olub.

"Zeytun budağı" hərəkatı çərçivəsində yüzlərlə terrorçunun məhv edildiyi, terror qruplaşmalarının mövqelərinə sarsıdıcı zərbələrin endirildiyi vurğulanıb.

Sonda tədbir iştirakçıları bəyanat qəbul ediblər.

Bəyanat Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala təqdim olunacaq.
 
 










OXŞAR XƏBƏRLƏR