İqtİsadİyyat

Bakıda torpaq bahalaşdı - SƏBƏB

Bakıda torpaq bahalaşdı - SƏBƏB
 2017-ci ilin dekabr ayında torpaq və kommersiya obyektləri bazarında qiymətlərdə artım müşahidə edilib.

Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, dekabr ayında torpaq bazarında qiymətlərdə 1.84 faiz, kommersiya obyektləri bazarında isə 0.75 faiz artım qeydə alınıb. Lakin illik müqayisədə qiymətlərdə azalma müşahidə olunub.

Ekspertin sözlərinə görə, il ərzində torpaq bazarında qiymətlərdə 1.65 faiz, kommersiya obyektləri bazarında 20.29 faiz azalma müşahidə olunub.

N.İbrahimov vurğulayıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub.

Ekspert qeyd edib ki, dekabr ayında qiymətlərdə artım ilin sona çatması ilə əlaqədardır. Onun sözlərinə görə, insanlar öz işlərini il başa çatana qədər yekunlaşdırmaq istəyir və ona görə də bazarda müəyyən aktivlik yaranır ki, bu da öz növbəsində qiymətlərin artmasına səbəb olur.
AdRiver

XƏBƏR LENTİ