Bakıda təmir olunan yolda ağır qəza

Bakıda təmir olunan yolda ağır qəza
Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhəri istiqamətində hərəkət edən 10-XN-136 dövlət nömrə nişanlı "Mercedes” markalı minik maşının sürücüsü idarəetməni itirərək avtomobili, təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq yol kənarında təmir işləri aparan texnikaya çırpıb.

Nəticədə qəza zamanı maşında olan iki sərnişin dünyasını dəyişib, yaralılar var.

Hazırda faktla bağlı araşdırma aparılır.
 


OXŞAR XƏBƏRLƏR