Bakıda tələbələr liseyin damına çıxıb “şou” göstərdilər – VİDEO

Bakıda tələbələr liseyin damına çıxıb “şou” göstərdilər – VİDEO
Bakıda peşə liseyinin damına çıxan bir qrup tələbə orada həyatlarını təhlükəyə ataraq riskli hərəkətlər ediblər.

Sosial şəbəkələrdə yayılan həmin videogörüntü birmənalı olaraq izləyicilər tərəfindən qınanıb.

Bəs tələbələr dörd mərtəbəli liseyin damına hansı şəraitdə və necə çıxıb? Məsələyə Peşə Təhsili üzrə Dövlət Agentliyi də münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, şagirdlər liseyin damında "Bunu heç kim edə bilməz” deyib, riskli hərəkətlər ediblər.

Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 100 ünvanında çəkilib. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 14 nömrəli Bakı Peşə Liseyinin tələbələri təhsil ocağının damına çıxıblar. Sosial şəbəkələrdə yayılan video birmənalı olaraq izləyicilər tərəfindən qınanıb. Çünki bu yaşda gənclərin belə hərəkət etməsi olduqca təhlükəlidir.

Bir-birlərini telefona çəkən tələbələrdən biri dördmərtəbəli binanın damından aşağı baxarkən təhlükə ilə üzləşib. Digər tələbə yoldaşı ona "yıxılarsan, çox qabağa getmə” deyib. 

Peşə liseyinin rəhbərliyindən məsələyə münasibət öyrənmək istədik. Liseyin tələbələrə nəzarət edə bilməyən mühafizəçiləri bizə bildirdilər ki, təhsil ocağında ümumiyyətlə rəhbər şəxs yoxdur. Amma onlar faktın sözügedən liseydə baş verdiyini təsdiq etdilər.  Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyran Məmmədli "Xəzər Xəbər”ə bildirdi ki, tələbələrin ora nə vaxt və hansı şəraitdə çıxdığı təmsil etdiyi qurum tərəfindən araşdırılır. "Araşdırmanın yekununda mətbuata ətraflı açıqlama veriləcək”,-deyə Ceyran Məmmədli qeyd etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 


OXŞAR XƏBƏRLƏR

Bayramda aldığınız çəkidən necə xilas olmalı?

Orucluqda və bayramlarda aldığımız çəkidən tez bir zamanda xilas olmaq üçün etməli olduğumuz ilk qayda yediyimiz yeməklərin miqdarını azaltmaqdır. İkincisi, hər...

Borcu ödəməmək üçün tanışını öldürüb

Ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Zamiq Cabbarovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamam...

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...