Bakıda tələbə qız dəm qazından boğularaq ölüb
Hadisə
15:45 / 23.12.2019
3431
Göyçay rayon sakini Bakıda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, Göyçay rayon Çərəkə kənd sakini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Babayeva Lalə Niyaməddin qızı Bakıda kirayə qaldığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)