Bakıda taxta evlər neçəyədir? - QİYMƏTLƏR

Bakıda taxta evlər neçəyədir? - QİYMƏTLƏR

Son vaxtlar taxtadan tikilən evlərə təlabat artıb. Bu işlə məşğul olan tikinti şirkətləri buna səbəb kimi tikinti materiallarının qiymətinin artmasını göstərirlər.bəs belə evlərin tikilməsi neçəyə başa gəlir?

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, tikinti materiallarının qiymətinin artması taxtadan tikilən evlərə təlabatı artırıb. Bunu taxta evlərin tikintisi ilə məşğul olan şirkətlər bildirir. Belə evlərin tikilib tam təhvil verilməsi kvadratından aslı olaraq 40-200 min manat arasında dəyişir. Bura evin planının hazırlanması və təmirli olmasıda daxildir. Evin bir kvatratı isə istifadə olunan taxtanın materiallından aslı olaraq 400-1000 manat arasında hesablanır.Tikintidə əsas da şam ağacından olan taxtadan istifadə edilir.
Belə mənzillər yayada sərin qışda isti olur.Üstəgəl taxta evlərin sağlamlıq baxımından əlverişli olduğuda deyilir.
Evlər tikilərkən özül hissəsi betonlanır. İstifadə olunan evin uzun ömrlü olması üçün tikinti şirkətləri taxtaya müxtəlif maddələr vururlar.
Belə evlərin tikintisinə böyük vaxt sərf olunmur. Taxta evlər təxminən 4 ay müddətində hazır olur.


OXŞAR XƏBƏRLƏR