Bakıda sürücü sükan arxasında öldü

Bakıda sürücü sükan arxasında öldü

Bakıda sürücü sükan arxasında ölüb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, İstiqlaliyyət küçəsi 19 ünvanında qeydə alınıb.
 
Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Razi Habil oğlu Qarayev idarə etdiyi "Mitsubishi" markalı, H 011728 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən ürəyi tutub və sükan arxasında keçinib.
 
Avtomobil yoldan çıxaraq hasara çırpılıb.
 
Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR