Bakıda sürücü piyadanı döydü

Bakıda sürücü piyadanı döydü

Bakıda sürücü xuliqanlıq zəminində paytaxt sakinini döyüb.

Sfera.az DİN-ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobilin sürücüsü xuliqanlıq zəminində paytaxt sakini Bayram Nəcəfovu döyüb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Adıgözəlov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR