Bakıda “sürprizli” Arko aşkarlandı – FOTO

Bakıda “sürprizli” Arko aşkarlandı – FOTO

Bakıdakı 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirmək cəhdinin qarşısı alınıb. 

Bu barədə Oxu.Az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 263.1.2, 264 maddələrinə əsasən həbs olunmuş şəxs Həsənov Camaləddin Teyyub oğlunun qohumu, Zərdab rayon sakini vətəndaş Salikov Əlrza Sərkar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman "ARKO MEN” üzqırxan köpüyünün içərisindən xüsusi üsulla gizlədilmiş 1 ədəd qara rəngli "Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

 


OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...