Bakıda şok: qatillərin adına küçə varmış - FOTO

Bakıda şok: qatillərin adına küçə varmış - FOTO
Bakının Sabunçu qəsəbəsində bir küçə 26 Bakı Komissarının adını daşıyır.

Sfera.az bakıpost.az-a istinadla xəbər verir ki, bu biabırçı faktı "Kaspi" qəzetinin əməkdaşı, jurnalist Azər Nuriyev müəyyən edib.

Belə ki, jurnalist Sabunçu qəsəbəsində yaşayan qohumlarının evinə gedərkən küçənin Bakı komissarlarının adına olduğunu görüb: "1918-ci ildə on minlərlə soydaşımızı qanına qəltan edən erməni və bolşevik cəlladlarının cəm olduğu 26 Bakı komissarının xatirəsi qəsəbədə əbədiləşdirilib. 2017-ci ildə 26 Bakı komissarının adını daşıyan küçənin hələ də mövcud olduğunu kimə desən, bəlkə də inanmaz. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb, burada onların adını daşıyan küçə hələ də qalır".

Jurnalist qeyd edib ki, ilk əvvəl bu lövhənin yaddan çıxıb qaldığını düşünüb:

"Dedim, bəlkə, bu lövhə bir yerdədir, o da yaddan çıxıb qalıb. Lakin küçə boyu addımladıqca, hər tindən "26-lar" sözünə rast gəldim. Özü də latın qrafikası və yeni ştampda. Və yarı yolda düşüb, həmin ərazidən yaşayan insanların mövqeyinin öyrənmək marağı mənə üstün gəldi. Lövhəni qoparmaq istəsəm də, sakinlər dedilər ki, əbəs yerə cəhd etmə. Dəfələrlə sökülsə də, yenisini yapışdırıblar. Söhbət etdiyim gənclərin əksəriyyəti bunu vaxtilə qətlə yetirilən soydaşlarımızın xatirəsi üçün təhqir hesab etdiklərini bildirdilər. Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər. Sakinlərin sözlərinə görə, küçəyə tarixi şəxsiyyətlərimiz, şəhidlərimizin adı verilsə, onlar üçün qürur və şərəf olar".

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən və bir neçə başqa küçələrin adının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib: "Həmin küçənin də adı dəyişdiriləsi adlar siyahısındadır. Nazirlər Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək".

Bununla bağlı jurnalist Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, rayon icra hakimiyyətinin məsələ ilə bağlı heç bir müraciəti olmayıb: "Hətta Akif müəllim məsələni NK-nin bir neçə əlaqədar şöbəsi ilə də dəqiqləşdirdi. Cavab da belə oldu ki, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir".

BŞİH-in mətbuat xidmətindən telefon zənglərinə cavab verən tapılmayıb.

Məsələ ilə bağlı Sabunçudan olan millət vəkili Fazil Mustafanın buna bənzər məsələlərin dəfələrlə həm parlamentdə, həm də müxtəlif icra strukturları qarşısında qaldırdıqlarını bildirib. O, qeyd edib ki, həmin küçənin sakinləri onun seçiciləri olmasa da, məsələni nəzarətdə saxlayacaq.

Millət vəkili bunun yolverilməz olduğunu bildirib və konkret misal da çəkib:

"Türkiyədə belə bir kommunist siyasətçi olub - Mustafa Sübhi. Onu səhv etmirəmsə, ya öldürüblər, ya da ki, dənizdə boğulub. Türkiyədə onun ümumiyyətlə, fəaliyyəti yasaq olunub. Bizdə isə hələ də bu adda küçə var".
 




OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...