Bakıda siçanların məskən saldığı məşhur restoranla bağlı araşdırma başladı (RƏSMİ)

Bakıda siçanların məskən saldığı məşhur restoranla bağlı araşdırma başladı (RƏSMİ)
Bakıdakı restoranlardan baş verən antisanitar şəraitlə bağlı rəsmi dövlət qurumu hərəkətə keçib.

Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən qaynarinfo-ya bildirilib.
Qeyd edilib ki, "Sofra” restoranının mətbəxində məişət əşyalarının içində siçanların gəzməsilə bağlı məsələ araşdırılmağa başlanılıb.

"Qida sahəsində baş verən bu kimi neqativ halları ictimailəşdirən və dərhal Agentliyin 1003 "Çağrı Mərkəzi”nə məlumat verən vətəndaşlara təşəkkürümüzü bildiririk.

Qeyd edim ki, sözügedən məsələ ilə bağlı məlumatlar mediadan götürülərək dərhal araşdırmalara başlanılıb. Hazırda bu istiqamətdə mütəxəssislər tərəfindən araşdırmalar aparılır.

Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”, - deyə qurumdan bildirilib.


OXŞAR XƏBƏRLƏR