Hadİsə

Bakıda sərnişinlə dolu avtobus “Kamaz”a çırpıldı: Ölənlər və yaralananlar var – FOTOLAR - VİDEO

Bakıda sərnişinlə dolu avtobus “Kamaz”a çırpıldı: Ölənlər və yaralananlar var – FOTOLAR - VİDEO
Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

Sfera.az-a daxil olan məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb: "İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.”

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.
 


AdRiver

XƏBƏR LENTİ