Bakıda şayiələri və təşvişi kim yayır? - Hökumət xəbərdarlıq edir

Bakıda şayiələri və təşvişi kim yayır? - Hökumət xəbərdarlıq edir
Sosial şəbəkələrdə və "WhatsApp” messencerində naməlum şəxslər təxribat xarakterli məlumatları kütləvi şəkildə yayaraq, əhali arasında təşviş doğuran şayiələr yaymağa çalışırlar.

 
Misal üçün, insanları Bakıda baş verəcək zəlzələ, terror aktları və "donuz qripi” epidemiyası ilə qorxudurlar. Öz sözlərinin sübutu kimi araqarışdıranlar KİV-də dövlət xidmətlərinin gücləndirilmiş iş rejiminə keçmələri barədə yayılan xəbərləri göstərirlər.

Sfera.az xəbər verir ki, Virtualaz.org-a Azərbaycan hökumətindəki mənbələrdən verilən məlumata əsasən, bu informasiya həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri əhali arasında şayiə və təşviş yayanların müəyyənləşdirilməsi üzrə təhqiqata başlayıblar. Həmin təxribata görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq.

Eyni zamanda, hökumətdən verilən məlumata görə, söhbət yalnız Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin hava şəraitinin pisləşməsi və güclü külək haqqında xəbərdarlığından gedir.

Xatırladaq ki, son güclü fırtına nəticəsində Xəzərdə neftçilər faciəvi şəkildə həlak olmuşdular. Məhz buna görə də, ölkə rəhbərliyi əhalini hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdar etmək məqsədilə bütün qabaqlayıcı tədbirləri görüb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...