Bakıda satıcı çalışdığı mağazadan 15 min manatlıq geyim oğurlayıb - FOTO

Bakıda satıcı çalışdığı mağazadan 15 min manatlıq geyim oğurlayıb - FOTO
 

Paytaxtın Nəsimi rayonunda brend geyim əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinə müraciət edən mağaza direktoru 2019-cu ilin iyun-avqust ayları ərzində obyektdən ümumi dəyəri 15 min manat olan 30 ədəd geyim əşyasının gizli yolla talandığı barədə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, geyim əşyaları mağazanın satış təmsilçisi Çingiz Rəhimov tərəfindən müxtəlif vaxtlarda dəyərindən ucuz qiymətə satılıb. O, malları satandan sonra əldə etdiyi pul vəsaitlərini isə kassaya daxil etməyərək mənimsəyib. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Ç. Rəhimov ifadəsində mağaza rəhbərliyi ötən yay istirahətdə olan zaman bu üsulla obyektdən oğurluq etdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Çingiz Rəhimov barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...