Cəmİyyət

Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən özünü atıb -RƏSMİ​

Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən özünü atıb -RƏSMİ​
Bakıda məktəblinin yıxılması barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.
Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən verilən məlumata görə, mayın 13-ü tənəffüs zamanı, saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Qeyd olunub ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür.

***14:51
Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb.
Hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin şagirdi, 14 yaşlı D.D. 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.D. diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.
Bakı şəhəri üzrə təhsil idarəsindən ONA-ya faktı təsdiqləyiblər. Bu barədə mətbuata açıqlama veriləcəyi bildirilib.ONA

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031