Bakıda rus filmləri günləri

Bakıda rus filmləri günləri

Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyi, "Kinofest” Prodüser Mərkəzinin dəstəyi ilə Rusiya Kinosu Günlərinin açılışı olub.
Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, Rusiya kinosunun nümayəndələri – rejissor Sergey Bragin və "Kinofest” Prodüser Mərkəzinin direktoru Yuri Vasilyev iştirak etdikləri tədbirdə Renat Davletyarovun "Xalis incəsənət” filmi nümayiş olunub.
Şəhərimizin sakinləri və qonaqları oktyabrın 11-də "Qəhrəman” (rejissor Yuri Vasilyev), oktyabrın 12-də "O əjdəhadır” (rejissor İndar Cendubayev), oktyabrın 13-də "Bizim qəbiristanlıqdan olan oğlan” (rejissorlar İlya Çijikov, Anton Çijikov), oktyabrın 14-də isə "Qutu” (rejissor Edvard Bordukov) filmlərinə baxa biləcəklər.
Filmlər Nizami Kino Mərkəzinin böyük zalında, hər gün saat 18.30-da nümayiş olunacaq.
Giriş pulsuzdur.


OXŞAR XƏBƏRLƏR