Bakıda restoranda güllələnənlərin adı bilindi - YENİLƏNİB - FOTO

Bakıda restoranda güllələnənlərin adı bilindi - YENİLƏNİB - FOTO
10:47

Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər - Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
 
Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı Bakı Şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.
 
Qeyd edək ki, məlum hadisə gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında qeydə alınıb.

----------

10:16

Aprelin 22-nə keçən gecə Bakıda restoranlardan birində baş vermiş silahlı qarşıdurma zamanı 2 nəfər xəsarət alıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 21 radələrində Badamdar qəsəbəsində yerləşən "Bulaq" kafesində müştərilər arasında dava düşüb. Dava zamanı odlu silahdan atəş açılıb və iki  nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıblar.
 
Bildirilir ki, hadisənin iştirakçılarından 4 nəfər artıq həbs olunub. Hazırda Bakı Şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

-----------

08:04

Bakıda güllələnmə hadisəsi baş verib. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 2-ci yaşayış massivi, 7-ci döngədə yerləşən "Bulaq" restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib. Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb.
 
Hadisə yerinə təcili yardım çağırılıb və polisə məlumat verilib.

Güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir. Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.

Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.
 
Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.
 
Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR