Bakıda reklam löhvəsi vətəndaşın üzərinə aşdı - Video

Bakıda reklam löhvəsi vətəndaşın üzərinə aşdı - Video
Güclü külək Bakıda reklam löhvəsini aşırıb. Nəticədə bir nəfər ağır xəsarət alıb.
Sfera.az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonu, Dərnəgül yolunda baş verib. 30 yaşlı Samir Bağırov səki ilə gedərkən qəfil üzərinə reklam löhvəsi aşıb. Şahidlər xəsarət alan gənci 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar.

Samir Bağırovun anası deyir ki, vəziyyəti ağırdır. O, baş və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə ilə bağlı polisə şikayət verən Arzu Bağırova deyir ki, bir gün keçsə də onlarla maraqlanan yoxdur. Ailənin maddi imkanı zəif olduğundan tək övladlarnın xəstəxana xərclərini qarşılaya bilmir. Zərərçəkmişin anası həmin reklam löhvəsini quraşdıranlardan və ya reklam şirkətindən xərcləri qarşılamağı tələb edir.

Reklamçılar İttifaqı İctimai birliyinin sədri Hacıəmi Atakişiyev deyir ki, məsələ dəqiqliklə araşdırılmalıdır. Əgər həmin löhvəni ora qoyan şirkətin sığortası varsa, dəymiş ziyan ödənməlidir.


OXŞAR XƏBƏRLƏR

"Google" 28 əməkdaşını QOVDU - MARAQLI SƏBƏB

"Google" Nyu-York və Sunniveyldəki korporativ ofislərində 8 saatlıq oturaq aksiyada iştirak edən 28 əməkdaşını işdən çıxarıb.  Sfera.az &nbs...

Məşhur aktrisa ikinci dəfə ana oldu - FOTO 

Türkiyənin məşhur aktrisası Azra Akın ikinci dəfə ana olub.   Sfera.az xəbər verir ki, o, körpəsinin cinsiyyətini doğulanda öyrənib. Azra Akını...

Bakıda FACİƏ - 2 nəfər...

Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, aprelin ...

Bu layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını TƏMİN ETMƏKDİR

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir   Prezident İlham Əliyevin rəhbərl...

""Məktəblinin dostu" layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib" - Rüstəm Ağayev

2016-cı ildən bu günə qədər “Məktəblinin dostu” layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib.    Sfera.az xəbər verir...

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: "İşıqforlar işləməsə..." 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində...