Bakıda radikal dindarların toplaşdığı çay evinin ətrafında son vəziyyət... - FOTOLAR

Bakıda radikal dindarların toplaşdığı çay evinin ətrafında son vəziyyət... -  FOTOLAR
Sfera.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ötən axşam saat 21 radələrində Bakıda Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun” çay evində əməliyyat tədbiri keçirilməsi barədə məlumat yayıb.
Əməliyyat tədbiri nəticəsində çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla, 42 nəfər saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, həmin əməliyyatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.
Trend-in əməkdaşları hadisə yerində olub, vəziyyətlə maraqlanıblar. Məlum olub ki, “Farklı Lahmacun” çay evi artıq fəaliyyətini dayandırıb. Həmin ərazidə yaşayan sakinlər bildiriblər ki, dünən axşam saatlarında çay evinə çox sayda radikal baxışlı insanların toplaşdığını müşahidə ediblər. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları axşam saatlarında ərazidə əməliyyat tədbiri keçiriblər.
Sakinlər aparılan əməliyyat tədbirindən razı qaldıqlarını vurğulayıblar. Qeyd ediblər ki, çay evinə toplaşanlar onların dini baxışı ilə razılaşmayan insanlara qarşı aqressiv münasibət bəsləyirdilər.
Qeyd edək ki, həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.
Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Sfera.az Trend-ə istinadən hadisə yerindən fəaliyyətini dayandırmış çay evinin fotolarını təqdim edir.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...