Bakıda qoyun sürüsünü vuran sürücü möhkəm döyülüb

Bakıda qoyun sürüsünü vuran sürücü möhkəm döyülüb

Bakının Xəzər rayonunda döyülmə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qala qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Şəfiyev Elman Bəhmən oğlu 90 LC 587 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobil ilə qəfil qarşısına çıxan qoyun sürüsünü vurub. Nəticədə 10 baş heyvan tələf olub, eyni zamanda avtomobilə ziyan dəyib.

E.Şəfiyev sürü sahibinə öldürdüyü xırdabuynuzlu heyvanlara görə pul ödəcəyini bildirib və öz aralarında razışlaşmalarını istəyib. Lakin heyvan sahibi hadisənin baş verdiyi əraziyə bir neçə nəfər tanışını çağırıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Əlbəyaxa dava zamanı E.Şəfiyev onlar tərəfindən döyülüb.

Hadisənin baş verdiyi əraziyə "təcili yardım" maşını və Post Patrul Xidmətinin əməkdaşları gəlib. Döyülərək xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, E.Şəfiyevin vəziyyəti ağırdır. Onun burun sümüyünün sınığı və açıq kəllə-beyin travması aldığı məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...