Bakıda qorxunc qəza - VIDEO

Bakıda qorxunc qəza - VIDEO
İki maşın toqquşub yandı
 
Dünən Bakıda Bakıxanov bazarından üzü "Neftçilər” metrostansiyasına gedən yolda ağır yol qəzası baş verib. Sfera.az Avtosfer.az-a istinadən xəbər verir ki, "Toyota” markalı, 90 ZC 130 dövlət nömrə nişanlı avtomobillə "BMW” markalı avtomobil "Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında toqquşub. Toqquşmadan sonra "Toyota”nın mühərrik yerində yanğın baş verib. Daha sonra yanğın "BMW”yə keçib. Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verdiyi üçün təhlükəli anlar yaşanıb. Partlayış baş verməməsi üçün yanacaqdoldurma məntəqəsinin işçiləri yanğının qarşısını almağa çalışıblar.

OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...