Bakıda qəzaya düşən 400 minlik avtomobil kimindir? - AD AÇIQLANDI

Bakıda qəzaya düşən 400 minlik avtomobil kimindir? - AD AÇIQLANDI
Dünən axşam saatlarında Bakının Xətai rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. 

Sabit Orucov küçəsi 15 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Quliyev Ceyhun Mirzəağa oğlunun sürdüyü "Bentley" ilə, 1991-ci il təvəllüdlü Əliyev Fərid Eyvaz oğlunun sürdüyü "KİA"nın toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb. Bundan başqa "KİA"nın sərnişini olan Aytən Quliyeva və Hülya İsgəndərzadə də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.
///Lent.az

OXŞAR XƏBƏRLƏR