Hadİsə

Bakıda qəza olub, 11 nəfər yaralanıb

Bakıda qəza olub, 11 nəfər yaralanıb
 

Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) avtoqəza baş verib.

Səhiyyə Nazirliyindən Sfera.az-a  verilən xəbərə görə, h​​​​adisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031