Bakıda qəza keçirən pilot: \"Hazırda heç bir yerim ağrımır, hər şey qaydasındadır\"

Bakıda qəza keçirən pilot: \
"Adi qaydada gedirdim və lyukun qapağına ilişdim. Maşın möhkəm silkələndi, mühərrik söndü”.
Bunu Böyük Britaniyanın "Williams” komandasının pilotu Corc Rassell "Formula 1” üzrə Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü zamanı keçirdiyi qəzanı şərh edərkən deyib. 21 yaşlı sürücünün sözlərinə görə, bolidinin altı sınıb.

O, trasın durumundan narahatlıq keçirdiyini söyləyib: "Boliddəki zədə barədə indi nəsə demək çətindir. Lyuklərlə bağlı problem həllini tapmayana qədər sessiya bərpa olunmayacaq. Bu insident sessiyanı korladı. İstəmədiyimiz bir ssenaridir, amma belə şeylər olur. Hazırda heç bir yerim ağrımır, hər şey qaydasındadır. Mən möhkəm oğlanam. Axşam özümü yaxşı hiss etmirdim. Amma indi düzəlmişəm”.

Qeyd edək ki, hazırda trasdaklı lyuklərin qapaqları yoxlanılır. Saat 15:00-a nəzərdə tutulan "Formula 2” yarışının sıralama turunun başlaması da sual altındadır.(Report)

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...

"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...