Bakıda qəribə olay: Məktəbin zirzəmisindən görün nə çıxdı
19:11 / 13.07.2016
2492
Bakıda orta məktəblərdən birindən silah-sursat tapılıb.
Sfera.az bildirir ki, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai RPİ 34-cü PB-yə müraciət edib. Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız "F-1" qumbarası, 1 ədəd alışqanlı "RQD-5" qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd "Viola-M" rabitə qurğusu aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Milli.az //
Sfera.az