Bakıda qəribə hadisə: \"Bir də gördüm qadın paltarında 4 kişi...\"

Bakıda qəribə hadisə: \

 

Bakıda cinsi azlıqların mənsubları yük avtomobilinin sürücüsünü qarət ediblər.

 Sputnik Azərbaycan bildirir ki, homoseksualistlərin qurbanı Ağsu rayonunun 26 yaşlı sakini Rəhim Cəbrayılovdur. Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş R.Cəbrayılovun sözlərinə görə, martın 27-dən 28-nə keçən gecə Sahil qəsəbəsinin ərazisi ilə Bakı istiqamətinə maşın sürüb.

Təxminən gecə saat 1 radələrində R.Cəbrayılov santexnika daşıdığı Ateko markalı yük maşınını gömrük postundan 200 metr aralıda saxlayıb. O, kabinədən çıxaraq yol kənarına tərəf gedib. Bu zaman başlarında qadın pariki, əyinlərində mini-yubka olan 4 transvestist qəflətən peyda olub. Onların ikisi R.Cəbrayılovun qollarını burub, ikisi isə onun üst-başını arayıb. Sürücüdən 1456 manatı götürən quldurlar aradan çıxıblar.

"Zərərçəkən əmin edir ki, cinayətkarlara müqavimət göstərməyə çalışıb. Lakin onlar qadın paltarı geyinsələr də, kişi gücündə olublar. Bu səbəbdən də R.Cəbrayılov onların öhdəsindən gələ bilməyib", - polis şöbəsindən bildiriblər.

Polis əməkdaşlarının dediklərinə görə, avtomobil trasının bu hissəsində transvestistlərin fahişəliklə məşğul olmaları dəfələrlə qeydə alınıb. Fahişəliksə Azərbaycanda cəmi 100 manat məbləğində cərimə ilə cəzalandırıldığından əxlaqsızlıqla məşğul olanlar "iş"lərindən əl çəkmirlər.

 

"Görünür, həmin gün transvestistlərin "gəlir"ləri az olduğundan quldurluğa əl atıblar", - polislər deyiblər.

Quldurların kimliyi hələlik bəlirlənməyib.


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...